29 oktyabr 2024 at 11:42
Jurnalist kodu: 5564
Xəbər kodu: 85643039
T T
0 Persons
Bir neçə sionist həkim Netanyahunun siyasətinə etiraz olaraq tətil elan ediblər

Tehran - İRNA - Müxtəlif ixtisaslara malik 15 sionist həkim İsrailin baş naziri Binyamin Netanyahunun Qəzza zolağındakı sionist əsirlərlə bağlı siyasətlərinə etiraz olaraq tətilə çıxıb və fəaliyyətlərini dayandırıblar.

"Fələstin Post" xəbər saytı sionist rejim mediasına istinadən yazıb: Bu mütəxəssis həkimlər Qəzza zolağından sionist girovların (əsirlərin) qaytarılması üçün HƏMAS ilə razılıq əldə olunana qədər tətillərini davam etdirəcəklərini elan ediblər. 

Bu hesabata görə, işğal olunmuş Fələstin ərazilərindəki digər 30 həkim də həmkarlarının tətilinə qoşulmağa hazır olduqlarını bəyan ediblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .